20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Təbriz Həsənov: “Bunu vaxtında etmək lazım idi”

19 yaşadək futbolçulardan ibarət milli komandamız Sankt-Peteburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-13-cü yerlər uğrunda görüşdə Estoniyanı 3:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, millimizin baş məşqçisi Təbriz Həsənov oyunsonrası mətbuat konfransında böyükhesablı qələbəni belə şərh edib: 

“Böyükhesablı qələbə qazanmaq xoşdur. Bu gün estonlar bütün oyunu müdafiədə oturdular. Artıq beşinci oyundur ki, rəqiblərimiz belə oynayırlar. Bu, bizim üçün yaxşıdır. Çünki müdafiə olunan komandalara qarşı oynamaq təcrübəsi qazanırıq. Artıq 9-cu yer uğrunda həlledici oyuna hazırlaşacağıq. Bizim üçün tutacağımız yer vacib deyil. Əsas qələbə seriyasını davam etdirməkdir”.

Təcrübəli mütəxəssis Estoniya ilə görüşdə Pilağa Mehdiyevin vurduğu baxımlı qola da münasibət bildirib:

“Mehdiyev bir daha belə qol vursa, buna sevinərəm. Lakin belə qollar nadir hallarda vurulur. Razıyam ki, onun zərbəsi əla alındı. Özü də bu qolun matçın əvvəlində vurulması lap yaxşı oldu. Belədə daha rahat oynadıq. Hesabda önə keçdikdən sonra rəqibin hücum edəcəyini düşünürdük. Estoniya yığması isə 0:2 uduzarkən də müdafiədə oturmuşdu”.

Millimizin hücumçusu Doğukan Öksüz fərqləndikdən sonra qolu komanda yoldaşları ilə deyil, Təbriz Həsənovun üzərinə qaçmaqla qeyd edib. Yığmamızın çalışdırıcısı “Trabzonspor”lu forvardın addımının səbəbini belə izah edib:  

“Yəqin ki, qolu mənimlə birgə qeyd etmək istəyirdi. Qrup mərhələsində qələbə qazana bilməyəndə onunla söhbətimiz olmuşdu. Onun da qol vurmaq üçün şansları var idi. Hər oyun 2-3 yüzfaizlik qol şansı yaxalayırdı. Bu gün yenə fərqləndiyinə görə sevincini biruzə verdi. Lakin bunu vaxtında etmək lazım idi”.

Sonda Həsənov Qranatkin turnirinin komandası üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

“Bu turnir bizim üçün çox vacibdir. Çünki bu səviyyədə rəqiblərlə gücümüzü yoxlamaq şansını tez-tez əldə etmirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30