25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Novruz Məmmədov: “Dözürük”

“Kəpəz” çempionatın ikinci hissəsi üçün çalışmalarını Bakıda davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi əvvəlcədən tərtib olunmuş plan üzrə hazırlaşır. Klub saytına danışan “sarı-göylər”in müdafiəçisi Novruz Məmmədov hazırlıqla bağlı fikirlərini açıqlayıb:
 
“Hazırlıq plan üzrə gedir. Səhərlər fiziki məşqlər olur, günün ikinci hazırlığında isə toplarla taktiki-texniki yöndə çalışırıq. Hamımız səylə işləyirik, istəyimiz mövsümün qalan hissəsində daha yaxşı çıxış etmək, turnir cədvəlində irəliləməkdir. Bu istəyimizə də nail olmaq üçün əlimizdən gələni edəcəyik. 
 
Əvvəlcədən toplanışın çətin keçəcəyini bilirdik. Ona görə də düşərgəyə hazırlıqlı qoşulmuşuq. Fasilə müddətində boş oturmamışıq. Çünki tapşırıq belə olmuşdu. İndi də verilən tapşırıqları dəqiqliklə yerinə yetirməyə səy göstəririk, ağır olsa belə dözürük. Futbolçunun işi həmişə oyuna, məşqə hazır olmaqdır. Özümüzü bir daha məşqçilərə göstərməyə çalışırıq. Onsuz da, çempionat dövründə hamımız müəllimlərimizin etimadını qazanmağa çalışmışıq. Əsas heyətə kim layiqdirsə, seçim onun üzərindədir. Bizim üçün ilk növbədə “Kəpəz”in uğuru dayanır. Əsas məsələ komandanın nailiyyətidir”.    
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30