25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin oyununda 8 qol

2016-2017-ci il mövsümünün hazırlığını Türkiyədə davam etdirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilk yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Hüseynqulu Quliyevin yetirmələri Albaniyanın “Partizani” klubunun əsas komandası ilə qarşılaşıb. Ölkəsinin 15 qat çempionu və ötən mövsümün vitse-çempionu ilə görüşə “qırmızı-qaralar” aşağıdakı heyətlə çıxıb: Həsən Hüseynov, Amin Seydiyev, Elvin Dəmirov, Əzəmət Ələkbərli, Ülvi İbazadə (k), Tural Məmmərzayev, Rövlan Muradov, Baxşəli Baxşəliyev, Səid İbadov, Nurlan Quliyev, Ülvi İsgəndərov.
 
Qarşılaşmanın ilk yarısı məhsuldar alınıb. Komandalar fasiləyədək qapılara 7 qol vurub. Daha təcrübəli olan Tirana təmsilçisinin futbolçuları ilk 5 dəqiqədə iki dəfə fərqlənməyi bacarıblar. “Qəbələ” hissənin ortalarında buraxılan 3-cü qoldan sonra rəqib qapısına yol tapıb. Rövlan Muradov fərqi azaldıb – 1:3. Bundan 3 dəqiqə sonra “Partizani” fərqi yenidən artırmağı bacarıb. “Qırmızı-qaralar” Nurlan Quliyevin 39-cu dəqiqədəki qolu ilə yenidən fərqi iki topa endirsə də, albaniyalılar fasiləyədək 5-ci dəfə də qol sevinci yaşayıb – 2:5.
 
Oyunun gedişində təmsilçimizdə bir sıra futbolçu dəyişiklikləri gerçəkləşib. Meydana Əmrah Zülfüqarlı, Sahil Mirzəyev, Ravil Yusifli, Elvin Həsənov, Xəyal Əmirli, Qədir Bayramlı və Sahil Zeynallı daxil olublar. Fasilədən sonra matçdakı məhsuldarlıq da aşağı düşüb. İkinci 45 dəqiqədə yalnız bir qol vurulub. Final fitinə 2 dəqiqə qalmış tiranalılar fərqlənib – 2:6.
 
Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışına yanvarın 14-də start verən əvəzedicilər daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
 
Yoxlama matçı
16 yanvar
 
“Qəbələ” (əvəzedicilər) - “Partizani” (əsas) - 2:6
Qollar: Rövlan Muradov, 25, Nurlan Quliyev, 39 - Qezim Krasniqi, 2, Mentor Mazrekay, 5, 22, Sodiq Atanda, 28, Realdo Fili, 41, Ardit Yaupay, 88
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30