26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Samir Abasov: “Oyundan tam razıyam”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”  bu gün yoxlama oyununu çərçivəsində Özbəkistan təmsilçisi “Nasaf”a 0:1 hesabı ilə uduzub.
 
Futbolxeber.az-ın məlumatına görə, matçdan sonra klub saytına danışan “kimyaçılar”ın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərh edib: “Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdir ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır. 
 
Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olar ki, bütün tapşırıqların öhdəsindən gəldi. İraliləyişi artıq hiss edirik. İnşallah, çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30