18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Şeydayev “Neftçi”yə keçməməsinin səbəbini açıqladı: “Avropada qalmaq istəyirəm”

Azərbaycan millisinin və “Trabzsonpor” (Türkiyə) klubunun hücumçusu Ramil Şeydayevin “Qafqazinfo”ya maraqlı açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
 
- “Trabzonspor”da oynamaq şansı qazanmırsınız. Bunun səbəbi nədir?
- Oynayıb-oynamamağımla bağlı qərar baş məşqçiyə aiddir. Heyətə niyə salıb-salmamasının səbəbini bilmirəm. Gələcəkdə də şans verəcəyi ilə bağlı sualı ona versəniz yaxşı olar.
 
- Son günlərdə adınız Türkiyənin “Samsunspor” və Çexiyanın “Yablonets” klubları ilə hallanır…
- Bu məlumatlar doğru deyil. Çünki mənə nə “Samsunspor”dan, nə də “Yablonets”dən təklif almışam. Siz də görürsünüz ki, “Trabzonspor”da məşq edirəm. Komandamla birlikdəyəm. Nə olacağınız da görəcəyik.
 
- Ərsun Yanalla münasibətləriniz necədir? Hazırda çətin vəziyyətdə olan “Trabzonspor”a kömək edəcək durumdasız, amma o sizə güvənmir…
- Ərsun Yanalla münasibətlərimdə heç bir problem yoxdur. Onunla yaxşı münasibətim var. Yanal bizim məşqçimizdir və heyəti o müəyyənləşdirir. Kimi meydana buraxmasına da hörmətlə yanaşmaq lazımdır. Mən burda öz şansımız gözləyirəm.
 
- “Neftçi” sizi transfer etmək istəsə də, bu keçid baş tutmadı. Danışıqlarda razılığa gəlmədiniz?
- Məsələ odur ki, mən Avropada qalmaq istəyirəm. Buna görə də Avropa klubları ilə danışıqlar aparıram. Nə baş verəcəyini siz də görəcəksiniz…



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30