24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Məhkəmə Maşallah Əhmədova vaxt verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
 
Futbolxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan proses baş tutmayıb. Maşallah Əhmədova vurduğu ziyanı ödəmək üçün vaxt verilib.
 
Buna görə məhkəmə prosesi yanvarın 17-dək təxirə salınıb.
 
M. Əhmədovun prosesdə iştirak etməməyi zərərçəkmiş şəxslərin etirazına səbəb olub.
 
Qeyd edək ki, bu gün M. Əhmədova hökm oxunmalı idi. Prokuror ona 9 illik həbs cəzası istəmişdi.
 
Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30