20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Antalyaspor”la gücünü sınadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” “Antalyaspor”un U-19 komandası ilə görüşdə qüvvəsini sınayıb. İlk yarıda daha fəal olan təmsilçimiz hesabı açıb. Meydan sahiblərinin qapısına Abbas Ağazadə yol tapıb. Oyunun gedişində hər iki komanda futbolçu dəyişiklikləri edib. Qarşılaşmanın ikinci yarısında Antalya təmsilçisi iki qol vurmağı bacarıb. Beləliklə, “Qəbələ”nin U-19 komandası ikinci yoxlama oyununda 1:2 hesabı ilə məğlub olub.
 
Xatırladaq ki, ilk görüşdə “Kartalspor”u 3:1 hesabı ilə məğlub edən “Qəbələ” yanvarın 14-də keçiriləcək son qarşılaşmada “Kunduspor”la görüşəcək.
 
“Qəbələ” görüşə aşağıdakı “11-lik”lə başlayıb: Yasin Əliyev, Rüstəm Nuriyev, Fərid Nadirov, İzzət Müştaqov, Vüsal Məsimov, Abbas Ağazadə, Fikrət Tağıyev, Arsen Ağcabəyov, Məhəmməd Abbaslı, Təbriz İsazadə, Fəqan Məsimov.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30