25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycanlı hakimin qərarı Antalyada narazılıq yaratdı

Antalyada təlim-məşq toplanışını davam etdirən azərbaycanlı hakimlər müxtəlif sınaq matçlarında iş başında olurlar.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Rəhim Həsənov Antalyadakı ilk matçını idarə edib.

FİFA hakimi Qazaxıstanın “Kayrat” və Albaniyanın “Kukesi” klubları arasındakı oyunda əsas söz sahibi olub. Ölkə biriniciliyində verdiyi mübahisəli qərarlarla yadda qalan referi bu matçda narazılıq obyekti olub.

Belə ki, qarşılaşmanın 8-ci dəqiqəsində Albaniya təmsilçisinin hücumçusunun qazaxların qapısı qarşısında yerə yıxılmasını qayda pozuntusu kimi dəyərləndirən Rəhim Həsənov isə 11 metrlik cərimə zərbəsi təyin edib.

“Kayrat”ın oyunçuları bütün komanda ilə hakimə hücum etsə də, bu, onun qərarını dəyişməyib. Albanların zərbəsi isə qapı dirəyindən dönüb.

Matç isə “Kayrat”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30