28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycanın tanınmış futbolçusu itkin düşüb (Yenilənib)

Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarov itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, "Kəpəz"in sabiq müdafiəçisinin ailəsi ondan 3 gündür xəbər tuta bilmir.

Bəzi mənbələrdə onun dünyasını dəyişdiyi bildirilir. Lakin qardaşı Səttar Cabbarov "Report"a açıqlamasında F.Cabbarovun vəfatı barədə heç bir dəlilin olmadığını deyib: "Bu xəbəri azarkeşlərdən biri yayıb. Özüm də buna görə Gürcüstandan Gəncəyə qayıdıram. Amma nə həyat yoldaşı, nə də digər iki qardaşım Faiqin öldüyünə dair dəlil tapa bilməyiblər. Yazıblar ki, evində vəfat edib. Ölübsə, meyiti hardadır? Sonuncu dəfə 3-4 gün əvvəl ailəsinin yanında olub. Özüm də bir neçə gün əvvəl telefonla danışmışam. Ondan sonra qardaşımı görən olmayıb".

"Kəpəz " klubundan bildirilib ki, F.Cabbarovun itkin düşməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib. Eyni zamanda son zamanlar yaşadığı yataqxanaya baxış keçirilib. İdarədən "Report"a bildirilib ki, F.Cabbarovun axtarışları davam etdirilir: "Cabbarovun son zamanlar yaşadığı yataqxanaya, həmçinin morq və xəstəxanalara baxış keçirilsə də, heç bir nəticə ortaya çıxmayıb. Hazırda onun ölümü ilə bağlı məlumatlar araşdırılır. Hələlik Faiq Cabbarov idarədə itkin kimi qeydiyyata salınıb".

Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993 - 1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb. F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31