24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İnter”in də səfəri təxirə salındı

“İnter”in qış hazırlıq proqramında dəyişiklik edilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “bankirlər”in Antalya səfəri təxirə salınıb. Paytaxt təmsilçisi bu gün səhər saat 08:00-da Bakı-İstanbul-Antalya reysi ilə hərəkət etməli idi. Lakin İstanbulda yağan güclü qar “İnter”in proqramına da təsirini göstərib. İstanbula, eləcə də, ordan başqa yerlərə uçuşlar dayandırıldığından, Zaur Svanadze bugünkü məşqi də kubun bazasında keçməli olacaq.
 
Komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov səfərin sabah səhər saatlarına planlaşdırıldığını bildirib. Ancaq o, sabahkı hava şəraitindən də çox şey asılı olacağını vurğulayıb: “İstanbulla müntəzəm əlaqədəyik. Əgər sabah uçuşa icazə verilsə, o zaman Türkiyəyə yollanacağıq”.
 
Qeyd edək ki, “Qəbələ” də eyni səbəbdən səfərini sabaha təxirə salıb. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30