18 Oktyabr 2025, Şənbə
"Kəpəz" və "Qarabağ" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Millimiz FİFA reytinqində irəliləyib
Vaqif Cavadov “Tvente”nin düşərgəsində

Ölkə futbolu

“Kəpəz”də yeni baş məşqçi

“Kəpəz” klubunda yeni təyinatlar rəsmiləşib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Rəhman Əzizov klubun 13 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun yetirməsi olan Əzizovun ilk peşəkar klubu “Kəpəz” olub. Gəncə təmsilçisi ilə yanaşı, sabiq hücumçu “Qəbələ”, “Bakılı”, “Şəmkir” və digər komandalarda çıxış edib. 2014-cü ildə karyerasını başa vuran Əzizov məşqçiliyə başlayıb və C kateqoriyasına malikdir. 
 
Əziziov “Kəpəz”in U-13 komandasında İbrahim Hüseynovu əvəzləyib. Sonuncu isə işini U-17 komandasında davam etdirəcək. Ümumiyyətlə, Gəncə klubunda daha bir neçə dəyişiklik reallaşıb. Belə ki, 17 yaşlılardan ibarət kollektivin çalışdırıcısı Tofiq Məmmədov U-19-a köməkçi məşqçi, Fuad İsmayılov U-14 komandasına baş məşqçi təyin edilib. U-14-də işləmiş Tariyel Hüseynov isə aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31