19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ağabala Ramazanov: “Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq”

Yeni transferi Ağabala Ramazanov ötən gün "Qarabağ"ın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və komandayla ilk məşqinə çıxıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, hücumçu Ağdam təmsilçisinə keçidi və ilk məşqi haqda klubun rəsmi saytına açıqlamalar verib:
 
"Buraya gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".
 
Forvard mövsümün ikinci hissəsi haqda da danışıb: "Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermek üçün əlimdən gələni edəcəm".
 
Ramazanov “Qarabağ” azarkeşlər haqda danışmağı da unutmayıb:  "Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30