23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Muarem: “Qəbələ” və “İnter”lə xal fərqinin az olması yaxşıdır”

“Qarabağ”ın futbolçusu Muarem Muarem Antalyada bu gün başlayan qış təlim-məşq toplanışında klubun rəsmi saytına açıqlamar verib.

Futbolxeber.az saytının məlumatına görə, makedoniyalə futbolçu ilk olaraq istirahət müddətdindən danışıb: “İstirahət dönəmi mənim üçün yaxşı keçdi. Şəxsi həyatımda bəzi dəyişikliklər oldu, evləndim. Daha sonra təxminən 1 həftəlik istirahət etdim. Tətildə olsam da, fikrim komandamlaydı. Komanda yoldaşlarım üçün darıxmışdım. Azərbaycandan çox adam istər mesaj, istərsə də sosial şəbəkə vasitəsi ilə məni təbrik etdilər, hər birinə “çox sağ ol” deyirəm. Məni unutmadılar”.

Muarem Muarem qış fasiləsindən sonrakı oyunların vacibliyindən və komandamızdakı rəqabətdən də söz açıb: “Hər zaman qış fasiləsindən sonra çempionat oyunları daha çətin olur. Turnir cədvəlində “Qəbələ” və “İnter”lə xal fərqi azdır. Əslində bu bir tərəfdən yaxşıdır ki, rəqabət sona qədər olur. Futbolçular həm məşqlərə, həm də oyunlara daha motivasiyalı çıxır. Xal fərqinin az olması çempionatın daha maraqlı keçməsinə də səbəb olur. Qış təlim-məşq toplanışında yaxşı hazırlaşıb həm Premyer Liqada, həm də ölkə kubokunda qızıl medalların sahibi olmaq istəyirik. Komandamızda hər bir mövqedə rəqabət var, həm məşqlərdə, həm də oyunlarda əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam. Rəqabətin olması həm futbolçular, həm də komandamız üçün yaxşıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30