29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Səlahət Ağayev “İnter”də qalır

Qış fasiləsində adı transferdə ən çox hallanan oyunçulardan biri də Səlahət Ağayevdir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “İnter”in qapıçısının “Neftçi”yə keçidi ilə bağlı məsələ hələ də gündəmdədir. “Ağ-qaralar”dan təklif alan təcrübəli əlcək sahibi onların bu arzusunu gözündə qoya bilər. Buna səbəb Ağayevlə “İnter” arasında mövsüm sonunda başa çatacaq müqavilənin artırılması planıdır. Futbolinfo.az saytına açıqlama verən Ağayev məsələ ilə bağlı bunları deyib: 
 
“Neftçi”dən təklif almışam, amma konkret cavab verməmişəm. “İnter”lə mövsüm sonuna kimi müqaviləm var. Yaxın 1-2 gündə “İnter”lə müqaviləmi artırmaqla bağlı söhbətimiz olacaq. Ondan sonra nəsə haqqında danışmaq olar. Əgər razılaşa bilsək, hazırkı komandamda qalacam. Əks təqdirdə “Neftçi”yə keçə bilərəm”.
 
Qeyd edək ki, “İnter”in yetirməsi olan 26 yaşlı qolkiper həm də bu komandanın kapitanıdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31