29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

AİJA ilin ən yaxşılarının adını açıqladı: son 3 ildə “Futbolxeber”in 2-ci qələbəsi!

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2016-cı ilin idman laureatlarının adlarını açıqlayıb.

İlin qalibləri arasında Futbolxeber.az saytı da var. Belə ki, saytımızın baş redaktoru İbrahim Cəfərov son 3 ildə ikinci dəfə İnternet portalları üzrə ilin jurnalisti seçilib.

İlin idman jurnalisti

İdman qəzetləri üzrə - Qabil Mehdiyev (“İdman”) Futbol qəzetləri üzrə - Mirağa Mirzəyev (“Futbol+”)

İdman jurnalları üzrə - Kamal Rza (“Sportsman”)

İctimai-siyasi qəzetlər üzrə - Rizvan Cəfərov (“Azərbaycan”)

Televiziya - Rüstəm Əfsərli (“CBC Sport”),

İnformasiya agentlikləri üzrə - Rövşən Əhlimanoğlu (“Report”)

İnternet portalları üzrə - İbrahim Cəfərov (Futbolxeber.az)

İlin fotorepartyoru - Qəmbər Cəlilov (AFFA)

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub. “Olimpiya dünyası”, “Futbol+”, “Azərbaycan” ilin idman qəzetləri, “CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə “Azərbaycan Radiosu” qalib seçilib.

Laureatlar sırasında Gənclər və İdman Nazirliyinin mətbuat xidməti, həmçinin “sportnet.az” və “trend.az” portalları da var.

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov ilin idman xadimi elan edilib. 42-cü Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ilin idman təşkilatçısı seçilib.

Olimpiya çempionu, taekvandoçu Radik İsayev, “Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, boks üzrə Avropa çempionu Yelena Vstropova, Yay Olimpiya Oyunlarının nizəatma yarışında gümüş medal qazanan İradə Əliyeva, Olimpiadanın gümüş medalçısı, boksçu Lorenso Sotomayor, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi taekvando, futzal və futbol üzrə millilər olub.

Taekvondo üzrə milli komandanın baş məşqçisi Reza Mehmandost, “Qarabağ” futbol klubunun çalışdırıcısı Qurban Qurbanov və futbol üzrə yığma komandanın baş məşqçisi Robert Prosineçki ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Bəhram Bağırzadə olublar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31