20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz”dən təqdirəlayiq addım

“Kəpəz” klubunun kollektivi qarşıdan gələn bayramlar öncəsi xalqımızın müqəddəs and yeri olan Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda uyuyan futbol veteranlarının qəbrini ziyarət edib.
 
Futbolxeber.az-ın məlumatına görə, əvvəlcə Fəxri Xiyabanda dəfn olunan dövrünün ən tanınmış uşaq futbol məşqçisi hesab edilən Konstantin Abramenko yad olunub. Yetirmələri Azərbaycan futboluna bir neçə nəsil güclü oyunçu bəxş etmiş dahi mütəxəsisslə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri böyük xidmətlərdan danışıblar. 
 
Klubun əməkdaşları SSRİ idman ustası, “Dinamo” Kirovabadın heyətində öz oyunu ilə azarkeşlərin sevimlisinə çevirilən Nizami Salahovun məzarını da ziyarət ediblər. Gəncə futboluna bütün varlığı ilə sadiq qalan mərhum hücumçunun “Dinamo”nun SSRİ çempionatının Yüksək Liqasına vəsiqə qazanmasındakı rolundan bəhs olunub. 
 
Daha sonra klub rəsmiləri, əvəzedici heyətin məşqçilər korpusu, futbolçular,  eləcə də ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışan məşqçilər Şəhidlər Xiyabanında olub. Kollektivin üzvləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən mərd vətən oğullarının məzarı üzərinə tər qərənfillər düzüb. Şəhidlərin ruhuna Quran oxunub, Allahdan rəhmət dilənib.
 
Ziyarətin sonunda kollektiv tərəfindən Şəhidlar Xiyabanında müəyyən təmizlik işləri aparılıb, qəbirlərin üstü və ətrafı təmizlənib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30