28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“AFFA mənə elə münasibət göstərir ki, sanki ölmüşəm”

Uzun illər Azərbaycan milli komandasının baş həkimi işləyən Boris Xetaqurov AFFA-nın həkimlər üçün keçirdiyi seminara dəvət almamasına etirazını bildirib.

Futbolxeber.az saytının məlumatına görə, "Futbol+" qəzetinə müsahibəsində o bildirib ki, bu tədbirin ukraynalı həkimin rəhbərliyi altında keçirilməsini özü üçün təhqir sayır.

O, daha sonra deyib: “Belə təəssürat yaranır ki, sanki Boris Xetaqurov ölüb. Mən 1964-cü ildən “Neftçi”də, Azərbaycan millisinin yarandığı ilk gündən isə uzun illər orda işləmişəm. Mən Azərbaycanda doğulmuşam, valideynlərim burada dəfn olunub. Bütün həyatım boyu Azərbaycan idmanı naminə çalışmışam. Niyə mənə futbola yad bir adam imişəm kimi, yanaşırlar?”.

76 yaşlı mütəxəssis həmçinin Azərbaycan millisinin İsveçrə üzərindəki qələbəsinin 20 illiyi münasibəti ilə çəkilən filmə dəvət almamasından da narazı qalıb: “CBC Sport”un bu oyunla bağlı sənədli film çəkməsi yaxşı haldır. Amma çox təəccüblüdür ki, məni bu məsələdə də unutdular. Mən həmçinin İsveçrəni udan komandanın tərkibində olmuşam. Filmin təqdimatına məşqçiləri və futbolçuları dəvət etmişdilər. Hətta həmin oyunun iştirakçısı olmayanlar belə o tədbirdə idi. Kənarda isə elə görünür ki, mən o komandada olmamışam, həmin millinin baş həkimi işləməmişəm. Belə münasibət məni çox məyus etdi”.

Boris Xetaqurov sonda deyib: “Azərbaycan millisinin baş həkimin əcnəbi olmasına görə təəssüf hissi keçirirəm. Bəlkə də mən səhv edirəm. Avropada hansı ölkədə millinin baş həkimi əcnəbidir? Məgər, bizim özümüzdə həkim yoxdur? Yaxşı, mənim 76 yaşım var, bu vəzifəyə iddia etmirəm. Amma bizim  uzun illər Birləşmiş Ərəb Əmirliklərində işləmiş Faiq Hüseynov kimi həkimimiz var. O, mənim tələbəm və çox yaxşı mütəxəssisdir. Nəyə görə bu gün seminarı xarici həkim aparmalıdır? Mən iki ildir işləmirəm, amma indiyədək də seminar aparmaq üçün xaricdən dəvət alıram. Son dəvətlər Bolqarıstan və İtaliyadan olmuşdu. Amma burda, vətənimdə mən heç kimə lazım deyiləm. Mən nə edim? Ölkə prezidentinə məktub yazım? Mən iş istəmirəm. Onsuz da 50 ildən çox çalışmışam. Amma AFFA-nın 1964-cü ildən futbolda işləyən adama laqeyd münasibəti mənə pis təsir edir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31