19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Adil Şükürov “Zirə”nin baş məşqçi postundan getdi

“Zirə” klubunun rəhbərliyi və baş məşqçisi Adil Şükürovun iştirakı ilə klubdaxili iclas keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, müzakirələr nəticəsində Premyer Liqanın ilk iki dövrəsi və Azərbaycan Kuboku uğrunda yarışda qeydə alınan nəticələr nəzərə alınaraq, komandada məşqçi dəyişikliyinin olması haqda qərar qəbul edilib. Qarşılıqlı razılaşma əsasında Adil Şükürov baş məşqçi vəzifəsindən ayrılıb. Premyer Liqada hazırkı gərgin vəziyyət nəzərə alınaraq, bu vəzifə mövsümün sonuna qədər komandanı yaxından tanıyan, klub strategiyasına bələd olan Ayxan Abbasova həvalə olunub. Ötən mövsüm əsas komandada məşqçi olan Abbasov cari mövsümün əvvəlindən “qartallar”ın əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb. Klub rəhbərliyi mövsümün sonunda əldə olunacaq nəticələrə əsasən, baş məşqçi məsələsinə yenidən baxacaq.
 
Klub saytında yer alan açıqlamada Şükürova başqa vəzifə həvalə olunduğu bildirilib: “Adil Şükürov bundan sonra da klubumuzda fəaliyyətini davam etdirəcək. Onun komandamızın həm formalaşmasında, həm də Premyer Liqada ilk mövsümdəcə gümüş medalları qazanmasında böyük əməyi keçib. Klub rəhbərliyi bu dəyişiklikdən sonra da Adil Şükürovun xidmətindən yararlanmaq niyyətindədir. Belə ki, mütəxəssis bundan sonra Akademiyanın koordinatoru vəzifəsində çalışacaq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30