8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

"Simurq" 3 futbolçunu baxışdan keçirir

İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" növbəti mövsümə hazırlıqları ara vermədən davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, gündə iki dəfə olmaqla məşqə çıxan komanda fiziki hazırlıqla yanaşı, taktiki ve texniki tapşırıqlar üzərində də işləyir. Georgi Çixradzenin yetirmələri iyunun 30-da ilk yoldaşlıq görüşünü keçirəcək. "Green Park" otelinin meydançasında baş tutacaq qarşılaşmada Zaqatala təmsilçisinin rəqibi "Spartak-Nalçik" kollektivi olacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.      

Komandamızın qardaş ölkədəki növbəti rəqibi isə Gürcüstanın "Dila" klubu olacaq. Qori şəhərinin təmsilçisi ilə görüş iyulun 3-də keçiriləcək. "Simurq"un Kartepedəki son yoxlama oyunu isə ayın 7-nə nəzərdə tutulub. Ancaq rəqibin kim olacağı dəqiqləşməyib.  

Qeyd edək ki, Zaqatala təmsilçisi hazırlıqla yanaşı transfer çalışmalarınıda davam etdirir. Hazırda komandanın düşərgəsində baxış üçün dəvət edilmiş üç futbolçu var. Məşqçilər korpusu onlar haqqında son qərarı "Spartak-Nalçik"lə görüşdən sonra verəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31