28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

“Kəpəz”, “Neftçi” və AZAL: siz hansı gününüzə narazılıq edirsiz?

Ötən həftə Klublar Komitəsinin növbəti iclası oldu. Əslində, bu qurumun özünün mövcudluğu müzakirə mövzusudur. Çünki bir çox ölkələrdə ya peşəkar futbol liqası, ya da klubların birliyi olur. Biz də isə hər ikisi var: həm PFL, həm də Klublar Komitəsi. Sanki futbolumuz o qədər inkişaf edib ki...Ya da klublarımızın sayı o qədər çoxdur ki, PFL tək bacarmır.

Aydın məsələdir ki, Klublar Komitəsinin yaradılmasının əsl səbəbi PFL-i sıradan çıxarmaqdır. Lakin geridə qalan 2 il müddətində Ramin Musayev rəhbərlik etdiyi qurumun gücünün zəifləməsinə imkan verməyib...

Klublar Komitəsinin 2016-cı ildəki son iclası təkcə quruma yeni sədrin seçilməsi ilə yadda qalmadı. Toplantıdan sonra məlum oldu ki, seçkidən əlavə klub rəsmiləri 1 saat ərzində hakimliyi müzakirə ediblər. Komitənin artıq keçmiş rəhbəri olan Fikrət Hüseynov mətbuata açıqlamasında bildirdi ki, iclasda iştirak edən 8 klubdan 7-si (“Qarabağ” istisna olmaqla) 2 dövrə ərzində hakimlərin idarəçiliyindən narazıdır. Hüseynov hakim səhvlərini qərəzlə əlaqələndirdi.

Əvvəla, “Qarabağ” ilk 2 dövrə ərzində hakimlikdən narazılıq edən 7 klubun ən azı yarısından daha çox haqsızlığa məruz qalıb. Sadəcə digərlərindən fərqli olaraq, Ağdam klubu üzləşdiyi hakim səhvlərini ictimailəşdirmir. Təkcə elə “Qarabağ”ın aparıcı üzvü Riçard Almeydanın 4 oyunluq cəzalanması çox şeydən xəbər verir.

Hakim səhvləri hər zaman olub, bu gün də olur, gələcəkdə də olacaq. Bu, birmənalıdır. Amma məsələ ondadır ki, bəzi klubların da digərləri kimi hakimlərdən şikayətlənməsi “küyə düşməkdir”.

Məsələn, “Kəpəz”. 14 tur ərzində Gəncə klubu ilə bağlı hər hansı ciddi hakim səhvinin olmasını xatırlamırıq. Həm də hakimlər axı Gəncə klubuna qarşı niyə qərəzli olsunlar ki? Bu gün uşaq da bilir ki, “Kəpəz” AFFA-nın qeyri-rəsmi “övlad”ıdı. Komanda SOCAR-ın pulları hesabına yaşayır. Bu gün neft şirkəti Gəncə təmsilçisinə yönələn maliyyəni dayandırsa, “Kəpəz” yenidən tarixin yaddaşına qovuşacaq. AFFA kluba xərclədiyi pulların göyə sovrulmaması üçün Mikayıl Nərimanoğlunu da kluba rəhbər göndərib. Bəli, məhz rəhbər. Çünki sənəd üzərində Müşahidə Şurasının sədri Elmir Vəliyev olsa da, o, çoxdandır “Kəpəz”in oyunlarına gəlmir. Eynən Müşahidə Şurasının digər üzvü Xanlar Fətiyev kimi... Müşahidə Şurasında yer alan Müzəffər Qasımov, Sərxan Babayev, Namiq Məmmədov ("Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədrinin fotosu belə “Kəpəz”in saytında yoxdur), Müşfiq Cəfərov, İbrahim Cəfərov və Yusif Yusibov isə ən yaxşı halda “Kəpəz”in ev oyununa gəlirlər...

“Kəpəz” kimi SOCAR-ın hesabına yaşayan digər komanda - “Neftçi”nin də hakimlikdən şikayətlənməsi gülüncdü. İlk 2 dövrədə hakimlərin “Neftçi”yə qarşı qərəzli olduqlarını sübut edəcək bircə fakt belə xatırlamaq çətindir. Əvəzində elə ilk turda AZAL-la oyunda “Neftçi”yə hakimlərin böyük köməyi oldu. Röyal Nəcəfovun zərbəsindən sonra top qapı xəttini keçsə də, hakimlərdən bunu “gördüm” deyən olmadı. Hər halda, həmin matçda AZAL hesabı açsaydı, bəlkə də nəticə fərqli olardı... Həm də “Neftçi” 14 oyundan 11-ni uduzursa, qapısında 30 qol görüb, cəmi 9 xal toplayırsa, sonuncu pillədəki AZAL-ı cəmi 1 xal qabaqlayırsa, bunun günahkarı hakimlər deyil. “Neftçi”nin biabırçı vəziyyətdə olduğu faktdır. Buna görə hakimləri ittiham etmək isə gülüncdür...

Və AZAL. “Təyyarəçilər”in hazırkı durumu acınacaqlıdır. Komandanın illik büdcəsinin 100-120 min arası olduğu deyilir. Bu gün AZAL-ın şəraiti hətta I divizionun bəzi klubların da aşağıdır. Tərlan Əhmədov mətbuat konfransında neçə vaxtdır rəhbərlik ilə görüşə bilmədiyini, lazım gələrsə öz hesabına heyəti gücləndirəcəyini deyir. Hazırda AZAL-da peşəkarlıqdan əsər-əlamət yoxdur. Aşağı yaş qrupları üzrə komandaların bir çoxu səfər matçlarına yollanmır. Həmin kollektivlərə kimlərin rəhbərlik etdiyini bilirsiz? Aşağı yaş qruplarında çalışanların bir çoxunun heç ən aşağı - C məşqçilik kateqoriyası da yoxdur. Fikrət bəy isə bütün bunlardan danışmır, əvəzində hakimlərin AZAL-a qarşı olduğunu deyir, ədalət qoruyucularını qərəzdə günahlandırır.

“Qəbələ”nin “Qarabağ”la oyununda hakimin qərəzli olmasını, hansısa komandaya kömək etməsini (məsələn) başa düşmək olar. Ortada çempionluq mübarizəsi var. Bəs AZAL? Axı AZAL-ın məqsədi də yoxdur ki, hakimlər qərəz nümayiş etdirib, onun istəyinə çatmasına mane olsunlar?..

Uzun sözün qısası, bu gün “Kəpəz”, “Neftçi” və AZAL-ın hakimlikdən şikayətlənməsi gülüncdü. “Qəbələ”, “İnter”, “Zirə”, “Sumqayıt”ı hardasa başa düşmək olar. Amma adını çəkdiyimiz 3 klub bu barədə danışmasa yaxşıdır...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31