19 Avqust 2019, Bazar ertəsi
"Səbail" "Zirə"yə qalib gəldi
Şeydayev derbidə 90 dəqiqə oynadı
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı

Ölkə futbolu

“Kəpəz”in qış hazırlıq planı bəlli oldu

Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter” ilə cavab oyunundan sonra “Kəpəz” istirahətə buraxılıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.
 
Hazırlıq planına əsasən, Gəncə klubu ayın 11-də məşqlərə başlayacaq. İki günlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. “Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaq. “Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq.
 
Toplanış müddətində Nizami yurdunun təmsilçisi ayın 17-i və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 görüşə) çıxacaq.
 
Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31