21 Avqust 2019, Çərşənbə
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı
İlqar Qurbanov “Sumqayıt”la anlaşdı

Ölkə futbolu

Rusiya yığmasının üzvü: “AFFA-dan təklif aldım”

Bolqarıstanın “Slaviya” klubunun futbolçusu Serder Serderov Azərbaycanla bağlı maraqlı açıqlama verib.
 
Futbolxeber.az-ın məlumatına görə, 22 yaşlı hücumçu AFFA-dan təklif aldığını deyib. Rusiya mətbuatına danışan futbolçu məsələni belə izah edib: "Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan millisinə cəlb olunmasından sonra AFFA-dan mənə də zənglər gəldi. Mənə yerli pasport verib, yığmada oynamağımı təklif etdilər. Ancaq bu təklifi rədd etdim. Çünki mən rusam və Moskvada yaşayıram. Bu, mənim üçün prinsip məsələsidir".
 
Qeyd edək ki, Rusiyada ÇSKA, "Anji", "Ural", "Krılya Sovetov" kimi klublarda oynamış Serderov bunadək sözügedən ölkənin U-17, U-19 və U-21 yığmalarında çıxış edib. Maxaçqalada doğulan futbolçu cari ildən "Slaviya"da (Bolqarıstan) çıxış edir. vurub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31