29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: “Fariz Yusifov hansı oyunumuzu idarə edir…”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, "Qəbələ" səfərdə AZAL-ı 1:0 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb. Ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Şansımız var idi. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə qol buraxdıqdan sonra oyunumuz yaxşılaşdı. Tounkara meydana girəndən sonra bir az daha yaxşı oynadıq. Həmişə demişəm, hakimlik barədə danışmayacam. Ancaq Fariz Yusifov hansı qarşılaşmada oyunumuzu idarə edir, bizə qarşı qərəzli olur. Futbolçularıma təşəkkür edirəm. Belə qismət imiş. Tounkaranın gəlişi hücum xəttinə yaxşı mənada təsir edib. Çalışacağıq ki, qışdan sonra daha yaxşı AZAL formalaşdıraq.
 
- Rəqibin qapısına verilməyən penalti epizodunun təkrarına baxmısız?
- Mən belə şeylərə öyrəşmişəm. Hər şeyə bəhanə var - top əli tapdı, əl topu tapdı...14 tur oynamışıq, hələ bizim lehimizə penalti verilməyib. Ancaq əleyhimizə çox penalti verilib.
 
- Videotəkrarda epizodun penalti olduğu göründü. Bununla bağlı AFFA-ya müraciət edəcəksiz?
- Bu günə kimi kim nə edib ki, biz də nəsə edək? Onsuz da, xeyri yoxdu. Klub rəhbərliyi ilə danışdıq. Bəzi hakimlərin oyunumuza təyin olunmamasını yazılı şəkildə tələb edəcəyik. Bizimlə “Qəbələ” arasında həm büdcə, həm də futbolçuların səviyyəsi baxımından yerlə göy qədər yox, qalaktikalar qədər fərq var. 
 
- Qışda futbolçu alınmasa, öz vəsaitiniz hesabına alacağınızı demişdiz. Vəziyyət nə yerdədi?
- Büdcə artımı yoxdu. Qışdan sonra da eyni şey olacaq. Uzaqbaşı bir oyunçunun məvacibini qarşılaya bilərəm. Gedənlər olacaq. Klubda 26-27 yox, 20-21 futbolçu olacaq, ancaq ən səviyyəliləri qalacaq. Lazım olsa, əvəzedicidən futbolçu cəlb edəcəyik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31