25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qriqorçuk: “İli uğurlu sayıram”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, "Qəbələ" səfərdə AZAL-ı 1:0 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb. Qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- İlin son oyunu idi. Ümumilikdə ili komandam üçün uğurlu sayıram. Yaxşı nəticələr qazandıq. Hamınızı yeni il münasibətilə təbrik edirəm.
 
- Növbəti mərhələdə rəqibiniz “İnter”di. Bu komandanı məğlub etmək elə də asan deyil...
- Bununla bağlı danışmaq hələ tezdi. “İnter” yox, başqa komandayla düşsəydik belə, asan olmayacaqdı. Yarımfinalda zəif rəqib yoxdu.
 
- Komandanın qış planı necədi?
- Bunun üzərində işləyirik, ancaq konkret bir şey yoxdu. Komandada dəyişikliklər olacaq. Oyunçu tapmaqda çətinlik çəkirik.
 
- Oyunda qolu yerli futbolçu vurdu. Matçda sonradan iki gənc oyunçuya 
şans verdiniz. Gələcəkdə yerli gənclərə şans verməyi düşünürsüz?
- Bütün gənclərimizin şansı var. Mən özüm də istəyirəm ki, onlar şans qazansınlar. Biz bunun üzərində işləyirik. Gənclərdə elədi ki, onlar stabil qalmırlar. Qarşıdan təlim-məşq toplanışı gəlir. Bu təlim-məşq toplanışında çoxlu gənclərə şans verəcəyik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30