29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov sükutu pozdu: “Antalyadan qayıdandan sonra...”

“AZAL-a qarşı oyunlarımız həmişə çətin keçir. Budufəki oyunumuz da istisna olmadı. Ama qələbə qazandıq. Mərhələ adladığımız üçün sevinirəm”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin üzvü Cavid Hüseynov deyib.

Həbsdən çıxandan sonra ilk dəfə mətbuata danışan Hüseynov 90 dəqiqə oynamağa hazır olduğunu söyləyib:  “Özümü yaxşı hiss edirəm. Artıq 90 dəqiqə oynamağa hazıram. Amma yekun qərarı baş məşqçi verir.

Qarşıdan təlim-məşq toplanışı gəlir. Orada bütün gücümlə çalışacağam. Mənə bircə ay vaxt lazımdı ki, hazırlıq keçim. Antalyadan qayıdandan sonra əvvəlki Cavidi görəcəksiniz. Artıq normal həyata tam öyrəşmişəm”.

Hüseynov ölkə kubokunun yarımfinalında qarşılaşacaqları “İnter”dən də söz açıb: “Növbəti rəqibimiz “İnter”di. Yarımfinalda bizi çox gərgin mübarizə gözləyir. Amma finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31