16 Sentyabr 2025, Çərşənbə axşamı
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Ölkə futbolu

Svanadze: “Futbolçularım xarakter nümayiş etdirdilər”

“Meydança pis vəziyyətdə idi. Bu amil işimizi çətinləşdirirdi”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib. Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan “bankirlər” qolsuz bərabərliyə imza atıblar. Bu nəticə ilk görüşdə 2:0 hesablı qələbəyə sevinmiş “İnter”in yarımfinala adlaması üçün kifayət edib.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Svanadze oyunu şərh edib. Meydançanın durumundan gileylənən gürcüstanlı çalışdırıcı yetirmələrinin xarakter nümayiş etdirdiyini bildirib: “Rəqib komandanın 1 qol vəziyyəti oldu. Ondan başqa təhlükəli epizod yarada bilmədilər. “İnter”in futbolçuları meydançanın ağır durumuna rəğmən, xarakter nümayiş etdirdilər. Növbəti mərhələyə çıxmağı bacardıq. Buna görə paltardəyişmə otağında futbolçulara təşəkkürümü bildirdim. Komanda istirahətə buraxılır. Yenidən bir araya gələndən sonra da yaxşı nəticələrə imza atmağa çalışacağıq”. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30