20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Renan Alves: “Nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir”

Topaz Premyer Liqasının XIV turunda “Qəbələ” ilə səfərdə keçirilən və “Kəpəz”in məğlubiyyəti ilə nəticələnən oyun yəqin ki, daha çox bir futbolçunun yaddaşında dərin iz buraxacaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, söhbət Gəncə təmsilçisinin legioneri Renan Alvesdən gedir. Braziliyalı çətin ki, dekabrın 17-də reallaşan matçı tez unudar. Səbəbini oyunçunun özü klub saytına açıqlamasında bildirib: 
 
“Qəbələ” ilə oyun günü mənim üçün özəl gün idi. Bildiyiniz kimi, doğum günümü qeyd edirdim. Təbii ki, uğurlu nəticə qazanıb bunu özümə hədiyyə etmək istəyirdim. Təəssüflər olsun ki, alınmadı. Hətta deyərdim, daha pis alındı. İki penalti və qırmızı vərəqə heç yerinə düşmədi. Karyeramda belə şey olmamışdı. Ad günümdə nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir. Məğlubiyyətin məsuliyyəti mənim üzərimdə qaldı”.
 
Hər iki komanda üçün ilin son çempionat oyununda nəticəni qapılara təyin olunan üç 11 metrlik cərimə zərbəsi həll etdi. İki zərbəni dəqiq yerinə yetirən ev sahibləri yekunda 2:1 hesabı ilə qələbə qazandılar: “Kənardan elə görünür ki, rəqibin qələbə qazanmasına mən kömək etdim. Əslində elə deyil. Mən hər oyunda “Kəpəz”in qələbəsi üçün çalışıb, əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Amma bu dəfə başqa cür oldu”.
 
Renan “Kəpəz” azarkeşlərinin dəyər verdiyi, sevdiyi futbolçular arasındadır. Elə məğlubiyyətə baxmayaraq matçdan sonra fanatlar müdafiəçiyə təsəlli verərək, dəstək olublar: “Mənim üçün iki penalti və qırmızıya görə çətin gün olmuşdu. Amma azarkeşlər verdikləri dəstəklə mənə mənəvi cəhətdən dayaq olduqlarını göstərdilər. Bu, futbolçuya güc verir. Mütləq geri dönüş edəcəyəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30