28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Abdulbari Gözəl: “Qurbanova dedik ki, bunları aradan qaldırmaq lazımdı”

“Bu il Avropa Liqasında çox yaxşı çıxış etmişdik. Amma qrup səddini aşa bilmədik. Hərdən görürsən ki, böyük klublar da problemlə üzləşir”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında “Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl deyib. Ağdam təmsilçisinin rəhbəri komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirib. O bildirib ki, hədəfləri növbəti mərhələyə keçmək olsa da, şanssızlıq buna imkan verməyib: “Bu il hədəfimiz qrup səddini aşmaq, növbəti mərhələyə çıxmaq idi. Çox yaxşı başlamışdıq, amma 1-2 dəfə şanssızlıq yaşadıq. Qrup mərhələsi ilə bağlı planlarımız pozuldu. Bu bizi çox narahat etdi. Çatışmazlıqları baş məşqçi görür. Biz də ona dedik ki, bunları aradan qaldırmaq lazımdı, fikirləş, necə edək ki, Azərbaycan komandasını o mərhələyə çıxaraq”.
 
Abdulbari Gözəl əlavə edib ki, “Qarabağ”ın hədəfi artıq təkcə Azərbaycan çempionu olmaq deyil: “İnşallah, bu il də Azərbaycan çempionatının birincisi olacağıq. Düzdü, əminliklə demək olmur. Amma təkcə Azərbaycan çempionu olmaq daha bizə bəs etmir. Eyni zamanda, Avropada da qabağa getmək lazımdı. Azərbaycanda “Qəbələ” də yaxşı klubdu, “Zirə” də. Klublar nə qədər güclü olsa, futbolçular bir o qədər gərgin rəqabətə alışarlar. Tək güclü komanda olanda futbolçular zəif qalırlar. Çünki digər rəqiblər zəif olurlar, futbolçular da elə bilirlər ki, çox güclüdülər. Gözləyirik, bizim hədəfimiz dəyişməyib. Azərbaycan komandasını Avropada daha da irəli aparmaq istəyindəyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31