24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Ronaldinyonun Bakıdakı akademiyası ilə bağlı yeniliklər

Oktyabrda paytaxtımızın qonağı olan braziliyalı ulduz futbolçu  Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var. 
 
Futbolxeber.az-ın məlumatına görə, artıq akademiyanın harada yerləşəcəyi və tərəflər arasında müqavilənin vaxtı bəlli olub. Bu haqda məlumatı futbolinfo.az-a açıqlamasında Qəbələ Futbol Akademiyasıının direktor müavini Nail Kərimov verib.
 
“Ronaldinho Soccer Academy” ilə bağlı bəzi yeniliklər var. Hazırda layihənin üzərində iş gedir. Sifarişimiz artıq hazırdı. İcraçılar layihəni hazırlayıb, tikintiyə başlamalıdı. Məkan olaraq, Bakı seçilib, amma yer haqqında yekun qərar verilməyib. Hazırda müqavilənin detalları Ronaldinyo tərəfindən müəyyənləşdirilməkdədir. Məktəbin fəaliyyət müddəti hazırda razılaşdırılma prosesindədi. Danışıqlar davam edir. Martda müqavilə bağlanılmalıdır. Xüsusi bir təmtəraqlı tədbir nəzərdə tutmamışıq. Müqavilə ərəfəsində mediaya bu haqda ətraflı məlumat veriləcək. Martda müqavilə bağlansa da, ola bilər, məktəb fəaliyyətə bir az gec başlasın, yəni baza tam hazır olanda. Yeni akademiyamız Qəbələdəkindən fərqli olacaq. Çünki indi fəaliyyət göstərən məktəbimiz sırf kluba xidmət göstərir. “Ronaldinho Soccer Academy” isə kommersiya məqsədi daşıyacaq”.
 
Qeyd edək ki, “Ronaldinho Soccer Academy” veteran futbolçunun doğulub boya-başa çatdığı Qremio, həmçinin BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30