20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” rekordun bir addımlığında dayandı

“Qarabağ” mövsümdə ilk dəfə ev oyununda xal itirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu, Topaz Premyer Liqasının XIV turunda baş verib. “İnter”lə qarşılaşan Ağdam təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0. Əyalət klubu bunadək cari çempionatın bütün ev oyunlarında qələbə qazanmışdı. “Neftçi” (3:0), AZAL (6:0), “Zirə” (2:0), “Sumqayıt” (3:0), “Kəpəz” (1:0) və “Qəbələ” (2:1) üzərindəki qələbələr ötən mövsümdən başlayan seriyanın davamı olub.
 
Belə ki, “Qarabağ” 2015/16 mövsümünün ikinci yarısında da öz meydanında xal itirməmişdi. “Xəzər Lənkəran”ı 3:0, “Neftçi” və “Zirə”nin hər ikisini 2:0, “Rəvan”ı 5:1, “Kəpəz”i 4:0, “İnter”i 2:0, “Sumqayıt”ı 1:0, “Qəbələ”ni 2:0 və AZAL-ı 3:0 yenən Qurban Qurbanovun yetirmələri yeni mövsümə 9 matçlıq qələbə seriyası ilə başlamışdı. “Qarabağ”ın “İnter”ə qədərki son ev itkisi 2015-ci ilə təsadüf etmişdi. Dekabrın 19-da “Qəbələ” ilə qollu heç-heçə (1:1) edən ağdamlılar 364 gündən sonra öz meydanında qalib gələ bilməyib. 2016-cı ildəki ilk və yeganə xal itkisinə qədər ardıcıl 15 qələbə qazanan komanda klubun tarixində 2-ci nəticədir. Əyalət təmsilçisi 1992-93-cü illərdəki 16 oyunluq qələbə seriyasının 1 addımlığında dayanıb. “Qarabağ”ın indiki nailiyyəti isə Azərbaycan çempionatlarının tarixində 7-ci nəticədir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30