29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"...onda bayram etməyə dəyər"

Topaz Premyer Liqasıın XIV turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" (1:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, gənc çalışdırıcı qələbəni belə şərh edib:
 
- Sevinirəm ki, mövsümün ilk yarısını 4-cü yerdə bitirdik. Tətilə yüksək əhval-ruhiyyədə yollanmağı bacardıq. Hava şəraiti futbol üçün əlverişli deyildi. Belədə, vuruşmaq, əzmkarlıq göstərmək lazım idi ki, bunu da uşaqlar etdi. Tələsməyək, çünki bu, marafonun yarısıdı. Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər.
 
- Həmkarınız dedi ki, qələbəni "Sumqayıt"a hakim hədiyyə etdi...
- Penalti epizodunu nəzərdə tutubsa, bunu şərh edə bilmərəm. Epizoda təkrar baxmaq lazımdı. Onların cəmi epizodu oldu - top tirdən dönəndə. Qələbəmizə kölgə salmasınlar.
 
- Qış fasiləsi planlarınız barədə danışardınız.
- Təlim-məşq toplanışını ölkə xaricində keçəcəyik. Ancaq xeyli futbolçu cəlb edə bilməyəcəyik. Çünki rəhbərliklə danışmışam və maddi cəhətdən böyük yatırımlar edilməyəcəyini bildirdilər. (Futbolinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31