28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Oyun ərzində ona baxmırdım"

“Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. O ki qaldı oyunumuza, birinci hissəni yaxşı keçirdik. Amma futbolda vurmayan komandaya qol vururlar”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib. Topaz Premyer Liqasının XIV turunda AZAL-ı qəbul edən “ağ-qaralar” 0:1 hesablı məğlubiyyətlə üzləşiblər. 
 
Matçdan sonra mətbuat konfransı keçirən Abdullayev bunları deyib: “Çoxlu epizodlardan istifadə edə bilmədik. Yekunda da uduzduq”.
 
- Edson Kastilyanın çıxışından razısızmı?
- Onun “Neftçi” ilə 2 illik müqaviləsi var. Üstəlik, 21 yaşı var. Pis futbolçu deyil, qabında nəsə var.
 
- Tərlan Əhmədovun “Neftçi”yə qarşı xüsusi hazırlaşdığını hiss etdinizmi?
- Mən oyun ərzində ona baxmırdım axı. Bu sualı Tərlan müəllimə versəniz, yaxşı olar.
 
- AZAL-dakı futbolçular sizdə olsaydı, bu “Neftçi”yə qalib gələ bilərdizmi?
- Bir oyunla nəsə demək olmur. Keçən tur biz “Zirə”yə qalib gəldik. Amma bu o demək deyil ki, biz onlardan güclüyük. Onlardan qat-qat zəifik. Hər şey büdcə ilə bağlı deyil.
 
- Qarşıdan qış toplanışı gəlir. Planlarınız nədən ibarətdi?
- Ayın 4-dən 21-nə qədər Antalyada olacağıq. Orda 5 oyun keçirəcəyik. İlk görüşümüz ayın 8-də “Sivasspor”a qarşı olacaq. Sonrakı oyunları 12, 16 və 19 dekabra planlaşdırmışıq. 19-da 2 oyun keçirmək istəyirik. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31