19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: “Bu 3 xalı ağır oyunda əldə etdik”

Bu gün Topaz Premyer Liqasında XIV turun oyunları keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
 
“Qalib gəlib, 3 xal qazanmağımızdan razı qaldıq. Bu 3 xalı ağır oyunda əldə etdik. Meydanda çox şey baş verirdi. Qələbəmizə mane olan məqamlar var idi. Lakin qələbə qazana bildik. Futbolçularıma təşəkkür edirəm. Gözəl oyun nümayiş etdirdilər. Qələbəmiz tam qanunauyğun idi. 
 
Artıq növbəti oyuna AZAL-la kubok matçına hazırlaşa bilərik. Bu dəfə əvəzetmələri tez gerçəkləşdirməyimiz səbəbsiz deyildi. Filip Ozobiçin əzələsində ağrılar var idi. Hətta fasilədə onun özündən matçı davam etdirə biləcəyini soruşdum. Bu üzdən onu tez əvəzlədik. İmkanlardan istifadə ilə bağlı daim futbolçularla danışırıq. AZAL-la qarşılaşmadan sonra azı 10 qol imkanını qaçırdığımızı demişdim. Təkrara baxanda bu rəqəmin daha böyük olduğunu gördüm. Təkcə Sergey Zenyov 7 qol vura bilərdi. Məhz bunun da üzərində çalışacağıq. Çünki bu amil önəmlidir. Bu, ustalığın göstəricisidir. Bugünkü “Qarabağ”  - “İnter” oyununun necə olacağını deyə bilmərəm. Bu görüş hələ heç nə demək deyil. Hər iki komanda ilə qarşıda oyunlarımız var. Bizim üçün də vacib olan bu qarşılaşmalardır. Çempionatın yarısı hələ qarşıdadır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30