26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Akula”lara gücü çatmayan AFFA “kilkə”ləri cəzalandırır...

AFFA I divizionda danışılmış oyunlarla bağlı dünən növbəti qərarını açıqladı. Məlum oldu ki, daha 2 nəfər - “Şahdağ”dan Uce Cukunyere və “Energetik”dən Ruslan Həmidov şübhəli qismində araşdırmalara cəlb olunublar.

9 nəfər (İqrar Səmədov, Rafael Kübərov (İnzibatçı) (hər ikisi “Şahdağ”), Elvin Əliyev, Cəmşid Məhərrəmov (hər ikisi “Rəvan”), Arzuman Vəliyev, Tunar Şahtaxtinski (hər ikisi “Göyəzən”), Elvin Əlizadə, Kamran Lalayev (hər ikisi “Energetik” və hakim Anar Niyazov) haqda çıxarılmış “şübhəli” qərarı qüvvədə qalıb.

Əvəzində 15 nəfər - Kamran Ağakərimov, Tofiq Şəfiyev, Mahiddin Ağamov, Faik Ağakərimov (hamısı “Şahdağ”), Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Omid Masumi, Fərid Quliyev (hamısı “Rəvan”), Bəhram Bəhramzadə, Xəzər Qəribov (hər ikisi “Bakılı”), Orxan Əsgərov (“Göyəzən”), Orxan Əlibalayev (“Energetik”), Mehdi Rəsulov, Samir Musayev (hər ikisi “Şərurspor”) “əfv olunublar”.

Adıçəkilənlərdən hansının günahsız, hansının günahkar olduğunu demək çətindir. Amma I divizionda “açıq bazar” olduğu çoxlarına məlumdur. Son bir neçə ildə aşağı liqada oyunların qumara qoyulduğu  haqda söhbətlər səngimək bilmir(di). Lakin AFFA və PFL rəhbərliyi hər dəfə deyilənlərin şaiyə olduğunu, I diviziondakıların aydan arı, sudan duru olduğunu iddia edirdilər. Nəhayət, işə beynəlxalq futbol qurumları qarışdı. Məlum oldu ki, I diviziondakı danışılmış oyunların sorağı artıq ölkə sərhədlərini aşıb, Avropaya çatıb.

Belədə çıxılmaz vəziyyətdə qalan AFFA hərəkətə keçdi. İlk öncə - noyabrın 22-də 24 nəfərin adının yer aldığı siyahı ictimaiyyətə açıqlandı. Əslində həm bu, həm də dünən açıqlanan siyahı gözdən pərdə asmaqdan başqa bir şey deyil. Çünki 14 komandanın yer aldığı çempionatda danışılmış oyunların olduğu iddia edilsə də, günahkar qismində yalnız futbolçuların göstərilməsi gülüncdü. Ruslar demiş, “neujeli” bu qədər çirkaba yalnız futbolçulara qarışıb? Ola bilməz ki, bu qədər oyun alqı-satqısının olduğu yerdə hansısa məşqçi, yaxud klub rəhbəri danışılmış oyunlara getməsin. Bu, mümkün deyil.

Bu halda niyə “şübhəli” qismində ancaq futbolçuların adı çəkilir? Yeganə ehtimal AFFA-nın “akula”lardan çəkinməsidir. Görünür, assosiasiya vəzifəcə böyük olanları cəzalandırmağa ehtiyat edir. Niyə klub rəhbərləri araşdırmaya cəlb olunmular? Biz hansısa klub rəhbərinin oyun alqı-satqısı ilə məşğul olduğunu iddia etmirik. Çünki əlimizdə fakt yoxdur. Amma belə görünür ki, AFFA “böyük oynamağa” çəkinir.

Uzun sözün qısası, suallar çox olsa da, cavablar yoxdur. Çünki AFFA-da danışılmış oyunlarla bağlı kimə yaxınlaşırsan, “araşdırma gedir”dən başqa cavab eşitmirsən. Bildiyimiz qədər ilə heç danışılmış oyunları araşdıran komissiyanın tərkibində kimlərin olması da ictimaiyyətə açıqlanmayıb. Şaiyələrə inansaq, komissiyanın tərkibində 1-2 məşqçi yer alıb. Hansılar ki klubda çalışdıqları zaman özlərinin adı çox vaxt “oyun almaqda” hallanıb. İndi biz elələrindən “ədalətli qərar”, “düzgün araşdırma” gözləyiriksə, vay futbolumuzun halına...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30