20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Nərimanov: “Cütün taleyi Gəncədə həll olunacaq”

Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” dünəndən oyunun hazırlığını artıq başa vurub.
 
Futbolxeber.az-ın məlumatına görə, komandanın əhval-ruhiyyəsi yaxşıdır, futbolçular Bakıdakı görüşdə sərfəli nəticəyə köklənib. Bunu klub saytına açıqlamasında Tural Nərimanov da təsdiq edib:
 
“Aydın məsələdir ki, əvvəlki mərhələdən fərqli “İnter” ilə oyunumuz daha gərgin keçəcək. Oyuna da yaxşı hazırlaşmışıq. Bu mərhələdə cütün taleyini bir yox, iki matç müəyyənləşdirəcək. İlk görüşdə bizə sərf edən nəticəni qazanmağa çalışacağıq ki, evdə daha rahat oynayaq. “İnter”lə çempionatda həm səfərdə, həm də evdə heç-heçə oynamışıq. Fikrimcə, cütün taleyi Gəncədə həll olunacaq. Bu mərhələni də adlamağa çalışacağıq. Əslində ötən mövsüm də kubokda iddialı idik. Amma gözləmədiymiz halda “Xəzər Lənkəran”a səfərdə uduzduq. Məqsədimiz indi daha irəli getməkdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30