19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Diniyev: “Kəpəz” Frederikodan asılı deyil”

Azərbaycan kubokunun ¼ final mərhələsində “Kəpəz” sabah “İnter”in qonağı olacaq.
 
Futbolxeber.az-ın məlumatına görə, oyun öncəsi Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib:
 
“Bizim futbolçuların zədədən dönməsi çox vacibdir. Ümid edirdim ki, zədəlilərdən ən azı ikisi qarşıdakı oyun üçün hazır olacaq və belə də oldu. Renan Alves və Azad Kərimovun zədəsi sağalıb, onlar artıq bir neçə gündür ki, komanda ilə birgə məşq edirlər.
 
“Kəpəz” bir futbolçudan, o cümlədən Dario Frederikodan asılı komanda deyil. “Neftçi” ilə sonuncu çempionat matçımız bir daha göstərdi ki, meydançaya çıxan oyunçu layiqincə mübarizə aparacaqsa, nəticə də olacaq. Bu gün futbolda fərdlər yox, kollektiv qalib gəlir. Ustalıqla tək iş aşmır, istək və əzmkarlıq da lazımdır. Həvəsi olan komanda qalib gəlir. “İnter”lə cari çempionatda iki dəfə heç-heçə oynamışıq. Şanslar bərabərdir, həm rəqib, həm də biz kubokda israrlıyıq, irəli, özü də daha uzağa getmək istəyirik. Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur. “Kəpəz” olaraq son şansımıza qədər mübarizə aparacağıq. Mənə elə gəlir ki, bu cütün oyunları yarımfinala yox, finala yaxın matçlar olacaq”.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30