25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayın ən yaxşısı Məmmədzadə oldu

I Divizionda noyabr ayının ən yaxşı qolu müəyyənləşib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən noyabr ayının ən yaxşı qolunun müəllifi “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə olub.
 
PFL-in rəsmi saytında keçirilən sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələyib. O, azarkeşlərin seçimi zamanı Emin Mustafayevi (“Qaradağ Lökbatan”), jurnalistlərin seçimi zamanı isə Ruslan Tağızadəni (“Zaqatala”) qabaqlayıb.
 
Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib. 
 
Qeyd edək ki, PFL artıq 3-cü dəfədir ki, I Divizionda ayın ən yaxşı qolu layihəsini həyata  keçirir.
 
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30