25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Xaqani Məmmədov yalan danışıb?

2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb.
 
Futbolxeber.az-ın məlumatına görə, UEFA zona üzrə baş hakimləri elit, 1-ci, 2-ci və 3-cü kateqoriyalara bölüb. Azərbaycan hakimlərindən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü kateqoriyada qalıb. FİFA statusunu yeni əldə edən Ömər Paşayev də sonuncular sırasındadı.
 
Siyahının ən diqqətçəkən məqamı isə məhz Ağayevlə bağlıdır. Onun 1-ci kateqoriyaya yüksələcəyi barədə xəbərlər yayılsa da, bunların şayiədən başqa bir şey olmadığı üzə çıxıb. Təmsilçimiz 2-ci kateqoriyadan irəli gedə bilməyib.
 
Həmin şayiə AFFA rəsmiləri, qurumun Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov tərəfindən sızdırıldığı, sonra isə televiziya ilə rəsmən açıqlanıb. Çünki FİFA hakimlərinin adları, həmçinin kateqoriyalarını ölkəmizdə ilk bilən məhz Məmmədov və onun komitəsi olur.
 
Həmin dezinformasiyanın mətbuata çıxmasının səbəbi də başadüşüləndi. Topaz Premyer Liqasında sıralanan hakim səhvlərini, xüsusilə, “Qarabağ” – “Qəbələ” görüşündə yaşananları unutdurmaq, diqqəti başqa yerə cəlb etmək lazım idi. Ağayev yalanı da məhz bu məqsədə xidmət edib. Bir sözlə, bu,  Məmmədovun yetirmələrinin uğursuz idarəçiliyini yalançı uğurla ört-basdır etməyə çalışmasına bənzəyir.
 
Qalmaqalın müzakirələrini Ağayevin uğuruna yönləndirmək üçün 10 milyonluq auditoriya qarşısında çıxan Məmmədov ağ yalandan da çəkinməyib. Əslində, bunu bacarıb. Çünki qalmaqallı oyun artıq unudulub. Amma yalan da artıq üzə çıxıb (Apasport.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30