19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” və “Qarabağ” UEFA reytinqində gerilədi

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.
 
Futbolxeber.az-ın məlumatına görə, baş tutan 40 qarşılaşma siyahıda müəyyən dəyişikliklərlə səbəb olub. Cədvəldə yer alan Azərbaycan klublarının da mövqeyində dəyişikliklər qeydə alınıb. 7 təmsilçimiz arasında ən yaxşı nəticəyə malik “Qarabağ” Bakıda İtaliyanın “Fiorentina” klubuna 1:2 hesabı ilə uduzmaqla geriləyib. Cəmi 1 pilləlik enişə üzülən “ağ-göylər” 18,050 xalla 105-ci sırada qərarlaşıb.
 
9,800 xala malik “Neftçi” isə 2 pillə geriləyərək 162-ci olub. Almaniyada “Maynts”dan 2 cavabsız qol buraxan “Qəbələ” isə üç pillə aşağı düşüb. Təmsilçimiz 7,800 xalla 185-ci pillədə yer alıb.
 
225-ci yerə şərik çıxan 5 klub arasında yer alan “İnter”in 6,050 xalı var. 4,550 xalla 2 şəriki olan “Xəzər Lənkəran” 277-cı yeri bölüşür. Son 2 həftədə bakılılar 5, cənublular 1 pillə geri düşüb. Digər komandalarımızdan 1 pillə geriləyən “Kəpəz” (4,050) 299-cu, “Bakı” (3,800) 307-ci yerə şərikdi.
 
Qeyd edək ki, İspaniya “Real”ının (160,656) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 149,299 xalla 2-ci, “Barselona” (İspaniya) 146,656 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb (Apasport.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30