20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Prosineçki: “Nəzərə almaq lazımdır ki, "Fiorentina" əsas heyətlə gəlib”

Azərbaycan milli komandasının qış təlim-məşq toplanışının keçirilməsinə hələ aydınlıq gəlməyib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki "Report"a açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis yanvarda klubların da hazırlıq prosesi olduğu üçün toplanışın təşkilin çətin olduğunu bildirib: "Biz birgə olmaq üçün 2-3 gün vaxt tapa bilmirik. Üstəlik, həmin ərəfədə rəqib tapmaq da çox çətindir".

R.Prosineçki "Qarabağ"ın bugünkü oyunu barədə də danışıb: "Bu komandanın ötən turadək əla şansı var idi. Amma bu gün çox çətin oyun olacaq. Qurban Qurbanov güclü məşqçidir. Nə edəcəyini yaxşı bilir. Lakin nəzərə almaq lazımdır ki, "Fiorentina" da əsas heyətlə gəlib. Onlara da xal lazımdır. Futbolda hər cür nəticə qeydə alına bilər. "Qarabağ"ın bu gün də şansı var. Bir məqamı da nəzərə almaq lazımdır ki, Maksim Medvedevlə Miçel cəza üzündən oynamayacaq, Rəşad Sadıqov isə hazırda tam formada deyil və bir müddət kənarda qalıb".

"Qəbələ"nin həbsdən buraxılan futbolçusu Cavid Hüseynovun hazırlıq durumuna gəldikdə, R.Prosineçki onun hələ tam formada olmadığını söyləyib: "Cavid uzun müddət futboldan, məşqdən uzaq qalıb. Formasını tam bərpa etmək üçün çalışmalıdır". 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30