19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycanı qitənin 2-ci dərəcəli turnirində təmsil edən "Qarabağ" da qrupda son matçına çıxıb. Bu qarşılaşma Ağdam klubu üçün tarixi əhəmiyyət daşıyırdı.
 
1/16 final şansı olan “atlılar” doğma meydanda İtaliyanın "Fiorentina" klubunu qəbul edib. Lakin Ağdam təmsilçisi 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
 
Qeyd edək ki, J qrupunun digər oyununda PAOK (Yunanıstan) evdə Çexiya təmsilçisi "Slovan"ı 2:0 hesabı ilə məğlub edib.
 
Avropa Liqası
J qrupu
8 dekabr
 
“Qarabağ” - “Fiorentina” - 1:2
QOL: Reynaldo, 73 - M. Vesino, 60; F. Kyeza, 76
Qırmızı vərəqə: F. Kyeza, 84 ("Fiorentina", 2-ci sarı)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 9. Reynaldo, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
 
"Fiorentina": 12. Çiprian Teteruşanu, 2. Qonsalo Rodriqes, 5. Milan Badel, 8. Matias Vesino, 10. Federiko Bernardeski, 13. Davide Astori, 15. Maksimiliano Oliveyra, 19. Sebastyan Kristoforo, 25. Federiko Kyeza, 30. Xuma Babakar, 40. Nenad Tomoviç.
Ehtiyat oyunçular: 1. Luka Letserini, 6. Karlos Sançes, 7. Mauro Sarate, 9. Nikola Kaliniç, 18. Karlos Salsedo, 20. Borxa Valero, 72. Yosip İliçiç.
Baş məşqçi: Paulo Souza.
 
1. Fiorentina 6 4 1 1 15:6 13      
2. PAOK 6 3 1 2 7:6 10      
3. Qarabağ 6 2 1 3 7:12 7      
4. Slovan 6 1 1 4 7:12 4

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30