29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Yaxşı nəticə üçün gəlmişik”

“Oyun barədə onu deyə bilərəm ki, matça çox ciddi hazırlaşmışıq. Səfər oyununa yaxşı nəticə üçün gəlmişik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Ruslan Qurbanov “Maynts”la oyunöncəsi mətbuat konfransında deyib.

O, vətənə yaxşı nəticə ilə qayıtmaq istədiklərini bildirib: “Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük. Bizim yaxşı imkanlarımız da oldu, amma şansları qaçırdıq. Lakin futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. İstəyirik ki, sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31