28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov Almaniyaya gedir

"Qəbələ" Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Maynts" klubu ilə səfər oyununa 20 futbolçu ilə yollanacaq.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçukun sərəncamında fransalı hücumçu Baqali Dabo olmayacaq.

Premyer Liqanın bombardiri zədəsini tam sağaltmadığından səfərə də aparılmayacaq. Dabo bu müddətdə Qəbələdə qalaraq komandanın fiziki hazılrıq üzrə ukraynalı məşqçisi Vladimir Şeludkonun rəhbərliyi altında çalışacaq.

Əvəzində son vaxtlar zədədən əziyyət çəkən digər əcnəbi hücumçu Sergey Zenyov Almaniyaya yollanacaq. Zədə üzündən 1 aydır oynamayan estoniyalı futbolçu tam hazırdır və Almaniyada meydana çıxacağı gözlənilir.

"Qırmızı-qaralar" səfərə aparacağı futbolçular bunlardır:

Qapıçılar - Dmitri Bezotosnı, David Pietrzkieviç, Murad Popov;

Müdafiəçilər - Vojislav Stankoviç, Rafael Santos, Vitali Vernidub, Rikardinyo, Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov;

Yarımmüdafiəçilər - Elvin Camalov, Rəşad Sadiqov, Asif Məmmədov, Nika Kvekveskiri, Filip Ozobiç, Teo Uiks, Petar Franyiç, Cavid Hüseynov;

Hücumçular - Ruslan Qurbanov, Sergey Zenyov, Roman Hüseynov

Görünüdüyü kimi, Cavid də səfərə çıxan heyətdə yer alıb. O, UEFA-ya göndərilən iştirak ərizəzsində olmadığından turnirdə meydana çıxa bilməsə də, Almaniyada bir kapitan olaraq komandaya mənəvi dəstək olacaq. Digər yarımmüdafiəçi Rəşad Eyubov cəzalı olduğundan "Maynts"a qarşı oynaya bilməyəcək və bu üzdən heyətdən kənarda qalıb. Qriqorçuk əvəzedici heyətdən 2 gənc futbolçunu - qapıçı Murad Popovla adaşı Roman Hüseynovu səfərə aparacaq.

Sabah saat 10:30-da Qəbələdən çarter reysilə Frankfurta yollanacaq "qırmızı-qaralar" oradan Mayntsa avtobusla gedəcək. "Qəbələ"nin oyun öncəsi son məşqi "Maynts"la üz-üzə gələcəyi stadionda olacaq. Təmsilçimiz eyni martşrutla geri qayıdacaq. Ancaq bu, matçdan dərhal sonra yox, ertəsi gün səhər olacaq.

Qeyd edək ki, "Maynts" - "Qəbələ" matçı dekabrın 8-i saat 22:00-da keçiriləcək (sportnet.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31