20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA-dan irqçiliyə görə 7 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin bəzi oyunlarındakı qayda pozuntuları ilə bağlı qərar verilib.

“İnter” - “Qaradağ Lökbatan” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

AZAL - “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klub 640 manat cərimə olunub.

“Qəbələ” - “Zaqatala” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Qarabağ” - “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ”a xəbərdarlıq elan olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30