29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramil Şeydayev Türkiyə Superliqasında debüt etdi

Milli komandamızın və “Trabzonspor”un hücumçusu Ramil Şeydayev Türkiyə Superliqasında debüt edib.

Futbolxeber.az saytının məlumatına görə, 20 yaşlı forvard Superliqanın 13-cü turu çərçivəsində səfərdə “Kayserispor”a qarşı keçirilən oyunun 80-cı dəqiqəsində slovakiyalı Matus Beronun əvəzinə meydana çıxıb. Həmyerlimiz matçın 90+3-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

Matç “Trabzonspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Şeydayevin əvəzlədiyi Bero 36-cı dəqiqədə vurub.

Qeyd edək ki, 4 turdan sonra qələbə qazanan "Trabzonspor" hazırda 15 xalla 13-cü pillədə qərarlaşıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31