20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İnter”in 25-ci ev qələbəsi

Bakının “İnter” klubu Azərbaycan kubokunda yubiley ev qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la “İnter Arena”dakı matçında əldə olunan 5:1 hesablı uğur turnirdə 25-ci zəfər olub. Bakılılar bunu 41-ci matçda gerçəkləşirib. Bunadək öz meydanında keçirdiyi 40 qarşılaşmada 24 dəfə qalib gələn “İnter” 25-ci qələbəyədək 9 heç-heçə və 7 məğlubiyyət də yaşayıb. Komanda bu müddətdə 82 qol vurub 35-ni buraxıb. Görüşdə vurulan 3-cü qol 80-ci ev topu olub ki, bunun da müəllifi Rauf Əliyevdir.

Qeyd edək ki, “İnter” Azərbaycan kubokunda evdə ən çox qələbə qazanan 5 komandadan biridir. Paytaxt təmsilçisi 25-ə çatmaqla, “Bakı” ilə eyni göstəriciyə malikdir. Onlar yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30