25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycan Kubokunun oyunu bir dəqiqəlik sükutla başlanacaq

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İnter" - "Qaradağ Lökbatan" oyunundan öncə bir dəqiqəlik sükut elan olunacaq.

Bu barədə "Report"a "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Onun sözlərinə görə, anım tədbiri içərisində Braziliyanın "Şapekoense" klubu üzvlərinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş "İnter"in sabiq müdafiəçisi Filipe Maçado üçün nəzərdə tutulub: "Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurum müraciətimizi müsbət cavablandırdı. Oyundan öncə bir dəqiqəlik sükutla sabiq futbolçumuzu yad edəcəyik".

Dekabrın 2-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Kolumbiyada baş vermiş təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense" komandasının üzvü Filipe Maçado 2009-2010 mövsümünün ikinci, 2010-2011 mövsümünün ilk yarısında "İnter"də çıxış edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30