26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Zirə”dən üç yubiley, ikisinin də ərəfəsində

“Zirə” Topaz Premyer Liqasının XIII turunda 3 yubiley qeyd edib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı klubu üçün “İnter”lə görüş güclülər dəstəsində evdə keçirdiyi 25-ci qarşılaşma olub. 25-ci matç həm də 5-ci heç-heçə ilə əlamətdar olub. 1:1 hesabı ilə başa çatan matçadək zirəlilər öz meydanında 4 dəfə bərabərliklə kifayətlənmişdi.

Qazanılan 1 xal sayəsində “Zirə”nin öz meydanında topladığı xalların cəmi 50-yə çatıb. Paytaxt təmsilçisi 25 görüşdə 15 qələbə qazanıb, 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Evdə 35-ci qolunu vuran komanda 23-cü dəfə topu qapısından çıxarıb.

Qeyd edək ki, növbəti turun qarşılaşması “Zirə” üçün Premyer Liqada 50-ci, səfərdə 25-ci matç olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30