24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"...Qurban əmimin oyunlarına çox baxmışam"

“Əmilərim kimi futbolçu olmaq üçün çox çalışmalıyam. Etiraf edim ki, onların səviyyəsinə çatmaq asan deyil”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Zaqatala”nın hücumçusu Osman Qurbanov deyib.

Veteran futbolçular - Musa və Qurban Qurbanovların qardaşıoğlu olan Osman əmilərinin yolunu davam etdirir. Hazırda I divizion təmsilçisi “Zaqatala”da çıxış edən 23 yaşlı forvard daha çox Qurban Qurbanovun oyunlarını izləyib: “Əmilərimi bütün Azərbaycan tanıyır. Onların necə futbolçu olduqlarını hər kəs bilir. Buna görə də onların yolu ilə getmək elə səviyyədə futbol oynamaq heç də asan deyil. Lakin əlimdən gələni edirəm. Musa əmimin yox, Qurban əmimin oyunlarına baxmışam. Hər ikisi güclü futbolçu olub”.

Gənc futbolçu “Qarabağ”ın Avroliqadakı durumuna da toxunub: “Qarabağ”ın səfərdə “Slovan”a uduzması çox üzücü oldu. İnanıram ki, “Fioretnina”nı udub, qrupdan çıxacaqlar”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30