29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Turan Tovuz”un uduzduğunu bildiyimizdən meydana arxayın çıxmışdıq”

“Bizdən əvvəl “Turan Tovuz”un uduzduğunu bilirdik. Buna görə də meydana arxayın çıxmışdıq. 2:0 öndə idik. Lakin bu üstünlüyü əldən verdik və yekunda məğlub olduq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Zaqatala”nın üzvü Osman Qurbanov I divizionun 13-cü turunda səfərdə “Şərurspor”a 3:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

23 yaşlı hücumçu komandasının ilk dövrədəki çıxışına belə qiymət verib: “Mövsümə uğursuz start verdik. Amma 5-ci turdan sonra çıxışına keçdik. Ardıcıl 8 qələbə qazandıq. Təəssüf ki, son turda uduzduq. Yoxsa, ilk dövrəni lider kimi bitirə bilərdik. Bu məğlubiyyət hər birimizə pis təsir etdi”.

Qurbanov qeyd edib ki, “Zaqatala”nın məqsədi dəyiıməz qalıb: “Qarşıdan qış fasiləsi gəlir. Yaxşı hazırlıq keçəcəyik. Planlarla bağlı baş məşqçimiz ətraflı danışa bilər. Məqsədimiz Premyer Liqaya yüksəlməkdir. İkinci dövrədə də istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31